AZ

Su idarəsinin işçiləri oğurluq üstündə yaxalandılar - FOTO

Yevlax rayon Suvarma Sistemləri İdarəsinin əməkdaşları oğurluq edərkən yaxalanıb.

Rayondakı mənbələrdən “AzPolitika”-ya daxil olan məlumata görə, quruma məxsus su boruları qanunsuz olaraq yerdən çıxarılaraq idarəyə məxsus 66 AC 012 dövlət nömrə nişanlı yük maşını ilə metal qəbul məntəqəsinə aparılıb.

Mənbə bildirir ki, oktyabrın 7-də saat 11:00 radələrində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həmin şəxslər saxlanılıb. Borularla yüklənmiş avtomobilin hazırda polis şöbəsinin həyətində olduğu bildirilir.

Qeyd olunur ki, bu yaxınlarda Yevlax rayon Suvarma Sistemləri İdarəsinin rəhbərliyi dəyişdirilib və yeni kadrlar təyin olunub.

Rasim

“AzPolitika.info”


Seçilən
22
azpolitika.info

1Mənbələr