AZ

“Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır” - Paşinyan

"Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır".

Oxu.az Sputnik-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında deyib.

O bildirib ki, bu, Ermənistanın rəsmi mövqeyidir. vakansiyalar

"İndiki mərhələdə biz ölkələrimiz arasında sülhün möhkəm təməlinə çevrilə biləcək bir sıra fundamental məsələlər üzrə qərar qəbul etməliyik. Bu, bir-birimizin ərazi bütövlüyünün tanınması, bir-birinə qarşı ərazi iddiaları və gələcəkdə belə iddialarla çıxış etməmək öhdəliyi, güc tətbiq etməmək və bir-birinin daxili işlərinə qarışmamaq, diplomatik münasibətlər qurmaq və sülh müqaviləsi tərəflərinin üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmək üçün ikitərəfli mexanizmlərin yaradılması məsələsidir", - Paşinyan bildirib.

Paşinyan, həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri sülh müqaviləsi layihəsinin təsdiqini başa çatdırmaq üçün işi gücləndirmək barədə razılığa gəliblər. O, təfərrüatı açıqlamayıb.


Telegram kanalımız
Seçilən
17
1
yenisabah.az

10Mənbələr