AZ

Sərxoş TIR sürücüsü yarım saatda 3 qəza törətdi:2 ölü, 2 yaralı - FOTO

Türkiyənin Konya şəhərində idarə etdiyi yük maşını ilə yarım saat ərzində 3 qəza törədən Muhammet Çat 2 nəfərin ölümünə, 2 nəfərin xəsarət almasına səbəb olub.

Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, şəkər zavoduna çuğundur daşıyan Muhammet Çatın idarə etdiyi TIR, Karaman-Konya magistral yolunun Melicek rayonuda Yüksel Altınözün idarə etdiyi motosikletlə toqquşub.

Alkollü

Hadisə nəticəsində motosiklet sürücüsü Altınöz və sərnişini Həsən Can həyatını itirib.

Qəzadan sonra yoluna davam edən Çat təxminən 20 dəqiqə sonra Fidanlıq kəsişməsində svetaforun qırmızı işığında gözləyən Süleyman Tezcanın (21) idarə etdiyi minik avtomobilinə çırpılıb. Bu qəzada sürücü Tezcan və yoldaşı Mustafa Can Tezcan yaralanıb.

Təxminən 10 dəqiqə sonra Muhammet Çat 2 kilometr uzaqlıqdakı kəsişmədə yenidən qəza törədib. O, avtomobili vurub. Xoşbəxtlikdən qəzada ölən və xəsarət alan olmayıb.

Polis tərəfindən saxlanılan Çat 3,27 promil sərxoş olduğu müəyyən edilib.

Faktlarla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Namiq Musayev

Seçilən
31
avtosfer.az

1Mənbələr