AZ

Ermənistan Naxçıvanla Azərbaycan arasında marşrutu açmağa hazırdır - Paşinyan

İranın verdiyi şərtlərlə Ermənistan Azərbaycandan Naxçıvana nəqliyyat marşrutu verməyə hazırdır.

"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada MDB ölkələrinin rəhbərləri şurasının geniş iclasında bildirib.

O əlavə edib ki, Ermənistan öz ərazisi vasitəsilə Gürcüstandan İrana, Türkiyədən Azərbaycana və əks istiqamətdə və ondan kənara nəqliyyat vasitələrinin, yüklərin, sərnişinlərin, boru kəmərlərinin, kabel yollarının keçməsini təmin etməyə hazırdır. O, həmçinin qeyd edib ki, İrəvan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyatın, sərnişinlərin, boru kəmərlərinin, kabel marşrutlarının keçidini təmin etməyə hazırdır.

"Mən bir daha qeyd etmək istəyirəm ki, Ermənistan regional kommunikasiyaların açılmasını istəyir və biz öz ərazimizlə nəqliyyat əlaqələrini təmin etməyə hazırıq, ancaq İranın təmin etdiyi şərtlərlə”, - deyə Paşinyan bildirib.

Seçilən
1
23
unikal.az

10Mənbələr