AZ

Tokayev Azərbaycanın sülh prosesi üzrə addımlarını alqışladı

Qazaxıstan Azərbaycan və Ermənistanın dövlətlər arasında sülh müqaviləsinin imzalanmasına aparan qarşılıqlı addımlarını alqışlayır.

Teleqraf.com xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev MDB dövlət başçılarının dar tərkibdə Moskvada keçirilən sammitində deyib.

“Qazaxıstan Azərbaycan və Ermənistanın sülh müqaviləsinin bağlanmasına yönəlmiş qarşılıqlı addımlarını alqışlayır. Biz həmçinin Mərkəzi Asiya regionunda dövlətlərarası sərhədlərin müəyyən hissələrinin hüquqi qeydiyyatının başa çatdırılmasında əhəmiyyətli irəliləyişləri də məmnunluqla qeyd edirik”, - o bildirib.


Müəllif: Teleqraf.com
Seçilən
4
11
teleqraf.com

10Mənbələr