AZ

Laçın MDB-nin "Mədəniyyət paytaxtı" elan olundu, Ermənistanın xəbər məkanına bomba düşdü...

MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilib.

Musavat.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasındakı çıxışında söyləyib.

"MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilib. Laçın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Azərbaycan şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılıb. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar", - deyə dövlətimizin başçısı vurğulayıb. 

Ermənistan mediasında bununla bağlı artıq çox gərgin debatlar və etirazlar başlayıb. Bildiririk ki, Paşinyanın olduğu formatda belə bir qərarın qəbul edilməsi Azərbaycanın növbəti diplomatik qələbəsi hesab oluna bilər. 

 

Musavat.com

Screenshot_7.png

Seçilən
3
27
musavat.com

10Mənbələr