AZ

"Azərbaycanın COP sədrliyində uşaqlarla bağlı uğurlu təşəbbüslər planı var"

Azərbaycanın COP sədrliyində uşaqlarla bağlı uğurlu təşəbbüslər planı var və əminik ki, COP29-da uşaqları iqlim böhranından qorumaq üçün ciddi addımlar atılacaq.

Bunu “Report”un ABŞ bürosuna açıqlamasında BMT-nin Uşaq Fondunun (UNICEF) direktor müavini Kitti Van Der Heiyden deyib.

Kittinin sözlərinə görə, uşaqların iqlim dəyişkənliyindən daha çox təsirlənməsinə baxmayaraq bu məsələ uzun illərdir COP gündəliyinə salınmayıb: “UNICEF olaraq, iqlim dəyişikliyi ilə bağlı bütün fəaliyyətlərimizin əsas səbəbi – uşaqların iqlim dəyişikliyinə bənzərsiz şəkildə həssas olmasına baxmayaraq – bunun ciddi problem olaraq gündəmə gətirilməməsidir. Böyüklər iqlim planları, siyasəti və maliyyəsini müzakirə edərkən uşaqlar o masaların arxasında oturmurlar və bu proseslərin bir hissəsi deyillər”.

“Hər kəsin qəbul etməli olduğu dəhşətli bir statistika var. Belə ki, iqlim dəyişikliyindən qlobal olaraq sağlamlığı təsirlənənlərin 88%-i beş yaşdan kiçik uşaqlardır”, – o bildirib.

Fondun direktoru müavini qeyd edib ki, azyaşlılar iqlim dəyişikliyindən müxtəlif yollarla təsirlənir:

“Kifayət qədər qida olmaması, üzməyi bilməyən uşaqların daşqınların ortasında qalması, hamilə qadınların istilik dalğalarının təsiri nəticəsində erkən doğum və aşağı çəkili körpələrin dünyaya gəlməsi kimi hallar göstərir ki, uşaqlar iqlim dəyişikliyindən müxtəlif yollarla təsirlənir. Lakin onlar bizim kimi söz sahibi olub, öz problemlərini beynəlxalq səviyyədə dilə gətirmədikləri üçün bu problem iqlim tədbirlərində heç vaxt prioritet olaraq tanınmayıb”.

Seçilən
3
3
demokrat.az

4Mənbələr