AZ

İtən turistin cəsədi köpək balığının mədəsindən çıxdı

İndoneziyada itkin düşən 68 yaşlı amerikan turist qadının bədəni bir müddət sonra köpək balığının mədəsindən tapılıb.


Bakupost.az xəbər verir ki, qadın 26 sentyabrdan itkin düşüb.

O, Pulau Reonq adaları yaxınlığında dayvinq tur zamanı güclü axına düşərək itmişdi.

Dənizdə külək güclü olduğundan 3 gün axtarışlar davam etidirildikdən sonra dayandırılmışdı.

7 oktyabrda qonşu ölkədə yerli balıqçılar köpək balığı ovlayıblar, onu yaranda mədəsində cəsəd qalıqları aşkarlanıb.
Tutulan köpək balığı çox qəribə idi, ağır üzür, sanki xəstə idi. Balıqçılar elə biliblər ki, balıq plastik udub. Mədə hissəsi anormal dərəcədə şişkin idi. Mədəni yaranda isə qara hidrokostyumda cəsəd aşkarlayıblar. Cəsədin müayinələri onun itən turist qadına məxsus olduğunu sübut edib.


Aygün Musayeva
BakuPost
Seçilən
8
bakupost.az

1Mənbələr