AZ

“Sabah”ın oyununun hakimləri açıqlanıb

“Sabah”ın FİBA Avropa kubokundakı ilk oyununun hakimləri açıqlanıb.

İdman.biz xəbər verir ki, “Spirou” ilə Belçikada keçiriləcək qarşılaşmaya beynəlmiləl hakimlər briqadası təyinat alıb.

Oyunun hakimləri Karsten Ştraube (Almaniya), Hrvoe Kavar (Bosniya və Herseqovina) və İan Makdonald (Böyük Britniya) olacaqlar. Oyunun FİBA komissarı və texniki nümayəndəsi vəzifəsi böyük britaniyalı Neyl Uilkinsona tapşırılıb.

Qeyd edək ki, Şarlerua şəhərində keçiriləcək “Spirou” – “Sabah” görüşü Bakı vaxtı ilə 22:30-da başlayacaq.

İdman.biz

Seçilən
32
idman.biz

1Mənbələr