AZ

Sabirabadda 5 uşaq atası olan 70 yaşlı kişi özünə qəsd edib

Sabirabadda

Sabirabadda 70 yaşlı 5 övlad atası özünü asaraq intihar edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Əlləmbəyli kəndində qeydə alınıb.

Kənd sakini, 5 övlad atası, 1954-cü il təvəllüdlü Ağayev İsmayıl Mahmudəli oğlu özünü mağazanın arxasında, ağacdan asaraq intihar edib. İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
2
11
xalqcebhesi.az

10Mənbələr