AZ

“Novoye Vremya” qəzetinin 25 yaşı tamam olur

“Novoye Vremya” qəzetinin 25 yaşı tamam olur.

APA xəbər verir ki, “Novoye Vremya” qəzeti 1999-cu il oktyabrın 1-də təsis edilib, ilk nömrəsi həmin il oktyabrın 9-da işıq üzü görüb.

Qəzetin təsisçisi və Baş redaktoru Şakir Ağayevdir (Habiloğu).

“Novoye Vremya” 25 il ərzində çap mediası bazarında öz yerini tutub, daimi oxucular qazanıb.

Müasir dövrdə print medianın çətinliklərinə baxmayaraq, qəzet gündəlik nəşrini davam etdirir.

“Novoye Vremya” qəzeti bu illər ərzində daim milli və dövlət maraqlarının müdafiəsində dayanıb.

25 il ərzində qəzetin hər nömrəsinin əsas mövzusunu Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunması təşkil edib, Ermənistan işğalı haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb.

2020-ci ildə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın haqq işi rus dilində bütün dünyaya yayımlanıb, ölkəmizə qarşı informasiya müharibəsində qəzet ön sıralarda dayanıb.

Müstəqil qəzet olan “Novoye Vremya”nın səhifələrində ən müxtəlif mövzular - siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, idman və şou-biznes sahələrinə aid materiallar yer alır.

Qəzetin əsas prinsiplərini həqiqət, obyektivlik, qərərsizlik, şəxsi həyatın toxunulmazlığı, təhqirə yol verilməməsi, faktların etibarlılığı və fikir müxtəlifliyi təşkil edir.

APA Group” olaraq "Novoye Vremya" qəzetində çalışan həmkarlarımızı təbrik edir, daha böyük uğurlar arzulayırıq!

Seçilən
13
1
apa.az

2Mənbələr