AZ

Rusiya səfirliyi Harrisin Putinlə bağlı açıqlamasını qəbuledilməz adlandırdı

"Rusiyanın ABŞ-dakı səfirliyi hesab edir ki, vitse-prezident Kamala Harrisin Rusiya prezidenti Vladimir Putinlə bağlı açıqlaması ilə bütün Rusiya xalqını təhqir edib. Diplomatik missiyanın sözlərinə görə, "bugünkü Amerika dövlət xadimləri arasında ləyaqətsiz leksika vərdiş halına gəlib”.

Qaynarinfo xəbər verir ki, bu barədə səfirliyin Telegram-da şərhində deyilir.

"Biz ABŞ-ın vitse-prezidenti Kamala Harrisin Rusiya prezidenti Vladimir Vladimiroviç Putinə qarşı qəbuledilməz bəyanatlarından hiddətlənirik, – Rusiyanın ABŞ-dakı səfirliyindən bildirilib. - Bu cür çıxışlar ölkəmizin lideri ətrafında sarsılmaz birlik nümayiş etdirən bütün Rusiya xalqını təhqir edir”, - diplomatlar bildirib.

Xatırladaq ki, Harris "SiriusXM" radiosuna müsahibəsi zamanı jurnalist Bob Vudvordun "Müharibə” kitabında verdiyi açıqlamaları şərh edərkən Putini təhqir edib. Vitse-prezident və Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Rusiya prezidentini "qatil diktator” adlandırıb.

Nizami Bağırov
Seçilən
75
12
qaynarinfo.az

10Mənbələr