AZ

Bıçaqla hədələyib mopedinə ziyan vurdular

Oktyabrın 7-si Qaraçuxur qəsəbəsi ərazisində quldurluq hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bir nəfərin kəsici alətlə hədələnərək mobil telefonunun sındırılması, elektrik qidalandırıcısının talanması və mopedinə ziyan vurulması barədə polisə məlumat daxil olub.

Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 20 yaşlı İ.Səlimov və bir yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Seçilən
3
7
bakivaxti.az

9Mənbələr