AZ

Boztəpə kanalının yenidən qurulması nəticəsində 9775 hektar sahənin suvarma suyu ilə təminatı yaxşılaşıb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən 2022-ci ildə bərpasına başlanılan Boztəpə kanalının yenidən qurulmasının I mərhələsi artıq başa çatıb. Hazırda 42,4 kilometr uzunluğu olan Boztəpə kanalında tikinti işləri yekunlaşıb, SCADA sistemlərinin inteqrasiyası ilə əlaqədar işlər isə davam etməkdədir.

AZƏRTAC xəbər verir ki, son illər ölkəmizdə su ehtiyatlarından səmərəli istifadənin və su təsərrüfatı obyektlərinin idarə olunmasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması, eləcə də bu sahədə uçot və nəzarətin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bununla yanaşı, son dövrlərdə müşahidə edilən qlobal iqlim dəyişikliyi, dünyada orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatının azalması, digər tərəfdən suya tələbatın artması məhdud su ehtiyatlarına malik olan ölkəmizdə su ehtiyatlarının artırılması və sudan səmərəli istifadə üçün təxirəsalınmaz tədbirlər görülməsini zəruri edib. Bu məqsədlə Prezident İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı Dövlət Su Komissiyası yaradılıb. Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Dövlət Su Komissiyası tərəfindən ölkə ərazisində təsdiq olunan tədbirlər planına uyğun bir sıra işlər həyata keçirilir. Tədbirlər planına uyğun olaraq həyata keçirilən layihələrdən biri də “Boztəpə kanalının yenidən qurulması”nın I mərhələsidir.


Kanalın su buraxma qabiliyyəti 8,6 kub m/san, uzunluğu isə 42,4 kilometrdir. Suvarma kanalı üzərində sudüşürən, suburaxan, supaylayıcı, borulu keçid və səviyyəqaldıran olmaqla, ümumilikdə, 186 hidrotexniki qurğu var.


Mənbəyini Araz çayından götürən suvarma kanalının yenidən qurulması nəticəsində İmişli rayonunda 8884 hektar və Beyləqan rayonunda 891 hektar olmaqla, ümumilikdə, 9775 hektar torpaq sahəsinin suvarma suyu ilə təmin olunması yaxşılaşıb.

Seçilən
4
23
ekologiya.az

10Mənbələr