AZ

“Coursera” şirkəti tərəfindən Azərbaycan universitetləri üçün təqdimat keçirilir

Bakı, 9 oktyabr, AZƏRTAC

Bakıda Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşəbbüsü ilə Azərbaycan universitetləri üçün “Coursera” şirkəti tərəfindən təqdimat keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində məqsəd yerli universitetlərin öz proqram və kreditlərini “Coursera” tədris platformasında yerləşdirmək imkanları barədə məlumatlandırmaq və bu istiqamətdə əməkdaşlığa başlamaqdır.

Tədbir çərçivəsində “Deepake” texnologiyası vasitəsilə xarici mütəxəssislərin çıxışları Azərbaycan dilində müraciyətləri nümayiş olunub.

Qeyd edək ki, tədbirin ikinci hissəsində 4SİM, Təhsilin İnkişafı Fondu və “Coursera” şirkətinin birgə icra etdiyi layihə “4Sİ Akademiyası” layihəsinin pilot mərhələsinin bağlanış mərasimi keçiriləcək.

Tədbirdə çıxışı zamanı Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov bildirib ki, 10 min vətəndaş 1 il ərzində mərhələli şəkildə “Coursera” tədris platformasında 4cü sənaye inqilabı texnologiyaları sahəsində ödənişsiz kurslardan istifadə edib: “Layihə gələn ildən Milli Proqram şəklində davam edəcək və 200 min vətəndaş bu imkandan yararlanacaq. Burada müəllimlər, startaplar üçün fərqli 8 minədək kurs təqdim olunacaq. Qarabağa köç etmiş vətəndaşlar üçün müxtəlif istəqamətlər üzrə kurslar təqdim olunacaq. Bu, gələcəkdə vətəndaşların iş ilə təmin olunmasını asanlaşdıracaq”, - deyə Fariz Cəfərov əlavə edib.

 

Seçilən
29
azertag.az

1Mənbələr