AZ

Bakıda avtomobildə yüksək səslə musiqi dinləyən müğənni bıçaqlandı

Oktyabrın 5-də saat 23 radələrində paytaxtın Binəqədi rayonunun 1-ci Mədən yaşayış massivi ərazisində 2002-ci il təvəllüdlü E.Ağaquliyevin aralarında yaranmış mübahisə zəminində 1985-ci il təvəllüdlü V.Namazova xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.

Kulis.az hadisə ilə bağlı ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb.

Münaqişə V.Namazovun avtomobildə musiqiyə yüksək səslə qulaq asmasına görə başlayıb.

Belə ki, qonşusu gecə saatlarında müğənnidən musiqinin səsini aşağı salmasını tələb edib. Nəticədə tərəflər arasında dava düşüb və Vüqara bıçaqla xəsarət yetirilib.

Xəstəxanaya yerləşdirilən müğənni qonşusundan şikayətçi olmadığını bildirib.

Tərəflərin izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.

Hazırda araşdırma davam etdirilir. Qafqazinfo

Seçilən
69
13
kulis.az

10Mənbələr