AZ

İcraçı direktor: Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiyada 51 təşəbbüs nəzərdə tutulur

İcraçı

Bakı, 9 oktyabr, AZƏRTAC

Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiya hazırlanıb və 2025-ci ildən təsdiqlənməsi, icrasına başlanması planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov jurnalistlərə açıqlamasında bildirib.

F.Cəfərov qeyd edib ki, sənəd hökumətə təqdim edilmək üzrədir.

“Azərbaycanın Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiyasında vətəndaş, cəmiyyət və biznes sektorunu əhatə edən 51 təşəbbüs nəzərdə tutulur”, - deyə F.Cəfərov qeyd edib.

Seçilən
16
azertag.az

1Mənbələr