AZ

Kənd təsərrüfatı nazirinin müavini Samuxda vətəndaşlarla görüşəcək

Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov oktyabrın 17-də, saat 10:00-da Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşlarla görüşəcək.

Nazirlikdən  verilən məlumata görə, görüşdə vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Samux Dövlət Aqrar İnkişaf Mərkəzinə (099-349-20-99) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Görüşə gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Seçilən
45
3
xalqqazeti.az

10Mənbələr