Çin Türkiyənin Çindən idxal etdiyi bütün avtomobillərə tətbiq etdiyi əlavə gömrük rüsumları ilə bağlı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edib.

İndex.az xəbər verir ki, ÜTT qlobal ticarətin düzgün işləməsini təmin etmək üçün üzv ölkələr arasında ticarət mübahisələrini həll etmək məqsədi ilə təkmil “Mübahisələrin Həlli Mexanizmi”ni (DSC) təklif edir.

Bu mexanizm ölkələr arasında ticarət mübahisələrini beynəlxalq hüquq çərçivəsində həll edir.

Bununla yanaşı, ticarətin şəffaf və ədalətli şəkildə davam etməsini təmin edir.

Qeyd edək ki, mübahisələr yalnız üzv dövlətlər arasında həll edilir.

Ayrı-ayrı şirkətlər və ya qeyri-hökumət təşkilatları bu prosesin tərəfi ola bilməz.