Ukrayna Ali Radası 18-25 yaş arası ukraynalı kişilərin səfərbər olmasını qadağan edən qanun layihəsini qəbul edib.
Bunu Ali Radanın deputatı Aleksey Qonçarenko "Telegram” kanalında yazıb.
Rusiya ilə Ukrayna arasında müharibə 2021-ci ilin fevralından davam edir. İki ölkə liderləri bir neçə dəfə danışıqlar masasına gəlmək üçün şərtlərini açıqlasalar da bu hal mümkün olmayıb. Müharibə fonunda dünyanın bir çox markaları Rusiya bazarını tərk etmək barəsində qərar verib. ABŞ və Avropa Putinə və Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edib. Lakin Putin öz qərarından geri çəkilməyib.
Aytac
www.anews.az