AZ

İtaliya-Azərbaycan Universitetində tələbələr gələcəkdə ikili diplom ala biləcəklər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İtaliya-Azərbaycan Universitetinin təşəbbüsü çərçivəsində hazırda "Qlobal İdarəetmə və Siyasət (GMaP - Made in Azerbaijan) - Azərbaycanda təsis edilib" adlı akademik proqram həyata keçirilir. Bu, ADA Universitetinin tələbələri üçün Luiss və ADA Universitetləri tərəfindən birgə hazırlanmış proqramdır. Proqrama qəbul olunan tələbələr həm Luiss, həm də ADA universitetlərindən diplom alacaqlar".
Bu sözləri "Report"a açıqlamasında İtaliya-Azərbaycan Universitetinin beş təsisçisindən biri, Luiss Hüquq Məktəbinin prezidenti Paola Severino deyib.
O qeyd edib ki, proqramın məqsədi həm dövlət, həm də qeyri-hökumət təşkilatlarında mürəkkəb qlobal məsələləri səmərəli şəkildə həll edə bilən mütəxəssislər yetişdirmək və tələbələrdə sosial elmlər sahəsində güclü təməl formalaşdırmaqdır.
"GMaP - Made in Azerbaijan" "Made in Italy" modelinə yönəlmiş bəzi modulları da özündə ehtiva edir. Bu da İtaliya təcrübəsini "Made in Azerbaijan"ın innovativ potensialı ilə inteqrasiya etmək məqsədi daşıyır. "GMAP Made in Azerbaijan" layihəsinin ilk qəbulu 2023-24-cü tədris ilində, ikinci qəbulu isə 2024-25-ci tədris ilində olub. Tələbələrin ilk qrupu 2025-ci ilin yayında məzun olacaq. Məzunlar üçün mərasim Luiss Universitetinin binasında təşkil olunacaq. Nəzərinizə çatdırım ki, Luiss Universiteti İtaliya-Azərbaycan Universitetinin təsisçisi qismində iştirak edən beş İtaliya tərəfdaş universiteti arasında ikili diplom verən ilk universitetdir", - P.Severino əlavə edib.
O, həmçinin, qeyd edib ki, birinci tədris ili Bakıda keçirilir və burada Luiss Universitetinin professorları səkkiz kurs təşkil ediblər:
"İllər keçdikcə ADA Universitetinin ehtiyac və tələblərindən asılı olaraq, italiyalı professorların keçəcəyi kursların sayı artırıla bilər. Davam edən "GMaP Made in Azerbaijan" proqramı çərçivəsində Luiss professorları, həmçinin, ADA professorlarına "Made in Azerbaijan" Modulunun hazırlanmasında da dəstək olurlar. Bu modul ADA tərəfindən 2024-25-ci tədris ilinin ikinci semestrində təklif ediləcək".
Seçilən
19
2
oxu.az

3Mənbələr