Avropa Komissiyası Çindən gətirilən elektromobillərə əlavə vergi tətbiq etməyə hazırlaşarkən, Çindən yeni təklif gəlib.

İndex.az xəbər verir ki, “Reuters”un yaydığı məlumata görə, nəqliyyat vasitələrinin satış qiymətini artıracaq əlavə gömrük rüsumlarının ləğv edilməsini istəyən Çin hökuməti, Avropa Komissiyasına idxal olunan elektromobillərin minimum 30 min avroya satılmasını təklif edib.

Çində satılan elektromobillərin orta qiyməti 32 min avro olduğu halda, BYD-nin “Seagull” modeli kimi bəzi modellər 10 min avrodan aşağı qiymətə satılır.