AZ

2 yaşlı uşağın ölümündə günahlandırılan sınıqçı ilə bağlıQƏRAR VERİLDİ

Biləsuvar rayon sakini, 2022-ci il təvəllüdlü Qubadlı Nəzrin Emin qızının xalq təbabətilə məşğul olan şəxs tərəfindən sümüklərinin manipulyasiyası zamanı ölməsi faktı ilə bağlı rayon prokurorluğunda sentyabrın 7-də araşdırma aparılıb.

Gundem.az xəbər verir ki, araşdırmalarla N.Qubadlının bədən səthinə göstərilən təzyiqlər nəticəsində yaranmış ağrı şokundan ehtiyatsızlıqdan ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

Biləsuvar rayon məhkəməsinin bu gün verdiyi qərara əsasən isə cinayətdə günahlandırılan sınıqçı Nərgiz İmanova barəsində 2 aylıq ev dustaqlığı elan edilib.

Xatırladaq ki, bir müddət əvvəl Biləsuvarda yaşayan Qubadovlar ailəsi Nəzrinin ayağında yaranan problemlə bağlı 60 yaşlı kənd sınıqçı-massajçı Nərgiz İmanovaya müraciət etmiş və prossedur zamanı uşaq həyatın itirmişd

Seçilən
8
41
gundem.az

10Mənbələr