AZ

Rusiya XİN: "ABŞ-nin iqlim mövzusundan Azərbaycana təzyiq üçün istifadə etmək cəhdləri faydasızdır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qərb qüvvələrinin iqlim dəyişikliyi də daxil olmaqla müxtəlif məsələlərdə Azərbaycana təzyiq göstərmək cəhdləri faydasız və misli görünməmişdir".
Oxu.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Baku TV-nin sualını cavablandırarkən bildirib.
"Azərbaycana təzyiq göstərmək faydasızdır. Azərbaycana müxtəlif məsələlərdə dəfələrlə təzyiq göstərilib. Bu, yalnız suveren dövlətlərə təzyiq göstərilməsinin yolverilməzliyi ilə bağlı prinsipial mövqeyə deyil, eyni zamanda, iqlim dəyişikliyi kimi mövzuların mütəxəssislərin real iştirakını tələb etməsinə aiddir. Bu, ABŞ-nin öz maraqlarına uyğun qərarı qəbul etdirmək üçün istifadə etdiyi siyasi vasitəyə çevrilməməlidir. Onlar bu mövzu ətrafında süni ajiotaj yaradırlar. Əslində isə ABŞ və digər Qərb ölkələri iqlim maliyyələşdirilməsi sahəsində yeni kollektiv məqsədlərə nail olmağa və beynəlxalq karbon vahidləri bazarının yaradılmasına maneçilik törədirlər", - deyə o qeyd edib.
M. Zaxarova əlavə edib ki, ABŞ-nin bu cür taktikası hər il COP iqlim konfransı ərəfəsində təkrarlanan klassik üsuldur.
Seçilən
16
37
oxu.az

10Mənbələr