AZ

Türkiyədə “Discord”a giriş bloklandı

Türkiyənin Ədliyyə Nazirliyinin rəhbəri Yılmaz Tunç bildirib ki, “Discord”a giriş qanunları pozduğuna görə Türkiyə hakimiyyəti tərəfindən bloklanıb.

“Ankara Baş Prokurorluğunun tələbi ilə Ankara 1-ci Cəza Məhkəməsi internetdə yayımlanan nəşrlərin tənzimlənməsi və bu nəşrlər vasitəsilə törədilən cinayətlərlə mübarizə haqqında qanunun maddəsinin müddəalarına uyğun olaraq “Discord” sosial şəbəkəsinin qadağan edilməsinə qərar verib”, – Yılmaz Tunç deyib.

Nazir əlavə edib ki, bu, gəncləri və uşaqları internetdəki məzmunun zərərli təsirindən qorumaq üçün edilib.

//Samir Qurbanov, Editor.az

Seçilən
24
editor.az

1Mənbələr