AZ

Qırğızıstan Prezidenti Səlçuk Bayraktarı təltif etdi

Hurriyyet.az TASS informasiya agentliyinə xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov Türkiyənin "Baykar" PUA istehsalı şirkətinin direktorlar şurasının sədri Səlçuk Bayraktarı "Qırğızıstan Respublikasının müdafiə qabiliyyətini və hərbi potensialını möhkəmləndirmək sahəsində mühüm töfhələrinə görə"  "Dank" ("Şöhrət") ordeni ilə təltif edib.Bayraktar türk dövlətlərinin təmsilçilərinin süni intellekt üzrə forumunda iştirak etmək üçün Qırğızıstanın paytaxtı Bişkek şəhərinə gedib. Prezident Japarov Bayraktara orden verib və onunla birlikdə hərbi-texniki əməkdaşlıq sahəsində layihələri müzakirə edib. Bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat verib.Hürr Tərcüman

Seçilən
2
1
turanpress.com

2Mənbələr