AZ

Nəsib Məhəməliyev: “Qətliam törədənlər məhkəmə qarşısında cavab verməlidir”



“AŞPA-da Azərbaycanın iştirakı olmadan, Azərbaycanla bağlı dinləmələrin keçirilməsi, bu Təşkilatın daim istinad etdiyi demokratik dəyərlərlə daban-dabana ziddir”.

Bunu Milli Məclisin deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, dünya ictimaiyyəti çox gözəl bilir ki, Qarabağda etnik təmizləmə aparılmayıb:
“Bu barədə BMT müşahidəçilərinin rəsmi mövqeyi elan edilib. Çoxsaylı videogörüntülər mövcuddur. Paralel olaraq, ABŞ konqresmenlərinin Dövlət Katibinə müraciətləri də eyni qəbildəndir. Bütün bunlar dünya erməniliyi və onlara lobbiçilik edən satılmış siyasətçilərin vasitəsilə aparılır və vahid mərkəzdən idarə olunur. Məqsəd, Azərbaycanı təzyiq altında saxlamaq, kənardan idarə olunan vassal dövlət halına gətirməkdir. Eyni zamanda, erməni məsələsinin beynəlxalq gündəlikdən birdəfəlik çıxarılmasına imkan verməməkdir. Onlar gözəl başa düşürlər ki, Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün əldə olunması, avtomatik olaraq Türkiyə ilə münasibətlərin normallaşmasına gətirib çıxaracaq. Belə olan halda, həmin qüvvələrin nə Azərbaycana, nə də ki, Türkiyəyə təsir imkanları qalmır. Qlobalistlər bundan çox narahatdırlar”.



Seçilən
1
1
aia.az

2Mənbələr