AZ

"Gənclik"də taksi duracağı yaradılır

"Gənclik" metrostansiyasının yanında üç taksi duracağı yaradılır.Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycanda sərnişin mobilliyinin transformasiyası mövzusunda keçirilən tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.Sədr bildirib ki, artıq duracaqların nəzərdə tutulduğu yerlərdə işlərə başlanılıb."Bakının bir sıra küçə və prospektlərində 130-dan artıq taksi duracağı mövcuddur, amma onların əksəriyyəti cəlbetmə məntəqələrində təşkil edilmədiyindən bəzən hətta nəqliyyatın hərəkətinə maneə yaradır. Buna görə də hazırda məsələyə kompleks yanaşma tətbiq olunur.Nəqliyyatın hərəkətinə maneə yaradan məntəqələrin ləğv edilməsi, eyni zamanda, yeni cəlbetmə məntəqələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Hazırda digər istiqamətlər üzrə də taksi duracaqlarının təşkili ilə bağlı müvafiq təhlillər aparılır”.© Trend

Seçilən
6
2
gender.az

3Mənbələr