AZ

Cennifer Lopez ilk dəfə Ben Afflekdən boşanmasına münasibət bildirib

Cennifer Lopez ilk dəfə Ben Afflekdən boşanmasına münasibət bildirib.

Sfera.az bildirir ki, Lopez romantik olduğunu etiraf edib. O bildirib ki, xoşbəxtliyi başqa bir insanda axtarmaq lazım deyil, xoşbəxtlik insanın öz içində olmalıdır. Aktrisa  ilk dəfə Afflekdən ayrılmasından və tənhalıqdan danışıb.


“Kədərli oturub “Bu şeylər məni öldürməyəcək” dediyiniz zaman:


“Mən əslində sevinc və xoşbəxtliyi tək başıma yaşamağa qadirəm” kimi bir hiss keçir adamın içindən”.


Cennifer Lopez müsahibəsində:
 

"Mən xoşbəxtliyi başqa insanlarda axtara bilmirəm"-deyə bildirib.
 

Lopez əlavə edib ki, o, bir münasibətdə olmağı sevən və bir nəfərlə qocalmaq istəyən" romantik biridir.
 

Qeyd edək ki, Afflekdən əvvəl müğənni Ohani Noah, Cris Judd və Marc Enthoni ilə evli olub. 2000-ci illərin əvvəllərində artıq münasibət qurub evlənməyi planlaşdırdığı Affleklə yolları ayrılmışdı.


Lopez və Afflek 2003-cü ildə toydan cəmi üç gün əvvəl münasibətlərini kəsiblər.
 

"Böyük bir toy planlaşdırmışdıq və ondan üç gün əvvəl biz sadəcə təzyiq altında ayrıldıq"- deyə Lopez bildirib.
 

Seçilən
86
13
sfera.az

10Mənbələr