AZ

“PAŞA Bank” nüfuzlu “İNMerge” İnnovasiya Sammitinin platin sponsorudur

Bakı. Trend:

Aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” regionun ənböyük innovasiya tədbiri olan “İNMerge” sammitində iştirakedir.

"PASHA Holding"in təşkilatçılığı ilə keçirilən bu tədbirdünyanın aparıcı texnologiya şirkətlərini, bu sahənin liderlərini,startapları və innovatorları bir araya gətirir. Beynəlxalq sammitrəqəmsal ekosistemin inkişafına töhfə vermək, eləcə də innovasiyaekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübəmübadiləsi aparmaq və faydalı əməkdaşlıq qurmaq üçün mükəmməl birplatformaya çevirilib.

Bu il sammitdə “PAŞA Bank” Əlavə Dəyər Xidmətlərinə (Value-AddedServices, VAS) həsr olunmuş vertikalın sponsorudur.

Əlavə Dəyər Xidmətləri dünyada geniş istifadə edilənqeyri-maliyyə xidmətləridir. Onlar şirkətin və ya bankın əsasməhsul və xidmətlərini tamamlayır. Bu istiqamət, istifadəçitəcrübəsini artıraraq və biznes sahiblərinə əlavə rəqabət üstünlüyüverərək, əsas məhsul və xidmətlərin dəyərini yüksəldir. Əlavə DəyərXidmətləri gündəlik tələbat malları, telekom, bankçılıq və digərsahələrdə fəal şəkildə istifadə olunur.

“PAŞA Bank”, Azərbaycandakı biznes sahiblərinə Əlavə DəyərXidmətlərinin üstünlüklərini tanıtmaq və yerli bazardaməlumatlılığı artırmaq üçün “Nestle”, “KOOP Ventures”,“SupplierPlus”, “International Dgpays Group” və bir sıra qlobalşirkətləri təmsil edən aparıcı beynəlxalq ekspertləri sammitə dəvətedib.

Sammit zamanı, mütəxəssislər bu istiqamətin inkişafperspektivləri, Azərbaycan bazarında istifadəsi və konkretnümunələri müzakirə edəcək və real sektorun nümayəndələrininsuallarını cavablandıracaqlar.

Etibarlı maliyyə tərəfdaşı olaraq, “PAŞA Bank”, korporativsektoru və Əlavə Dəyər Xidmətləri seqmentini inkişaf etdirmək,eləcə də Azərbaycanın iqtisadiyyatının dayanıqlı inkişafını təminetmək məqsədilə layihələrin və ideyaların həyata keçirilməsinidavam etdirməyi planlaşdırır.

Məqalədə:
Seçilən
3
5
az.trend.az

6Mənbələr