AZ

Bakıda “INMerge İnnovasiya Sammiti” keçirilir

Bakı, 10 oktyabr, AZƏRTAC

Bakıda “PAŞA Holdinq”in təşkilatçılığı ilə “İNMerge İnnovasiya Sammiti” (INMerge Innovation Summit 2024) işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, ikigünlük sammitdə müasir texnologiya və biznesin gələcəyini formalaşdıran müxtəlif transformativ sahələr diqqət mərkəzində olacaq.

Müzakirə olunacaq mövzular sırasında “fintech”, telekommunikasiya, e-ticarət, süni intellekt, marketinq, “insurtech” kimi önəmli və hazırda trend hesab edilən mövzular olacaq.

Bundan əlavə, “yeni iqtisadiyyat” vertikalında qabaqcıl texnoloqiyaların istehsal innovasiyasını necə idarə etdiyi kimi mövzular müzakirə olunacaq.

Qeyd edək ki, AZƏRTAC “PAŞA Holdinq”in təşkilatçılığı ilə keçirilən sammitin informasiya tərəfdaşıdır.

 

Seçilən
19
7
azertag.az

10Mənbələr