“Ria Novosti” agentliyi MDB dövlət başçılarının Moskvada keçirilən sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın gündəmə çevrilən fotosunu silib.
Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Paşinyanın Əliyevin və Azərbaycan bayrağının önündə əyilməsini əks etdirən fotolar Ermənistanda qalmaqal yaradıb. Eyni zamanda, Moskva sammitinin ən yadda qalan fotosuna çevrilib. Bu, “Ria Novosti” və Rusiyanın digər media orqanlarının MDB sammiti ilə bağlı fotoreportajında yer alan fotolardır.
Dünən Ermənistan hakimiyyətinin fotolara görə Rusiya tərəfinə etiraz etdiyi haqda məlumatlar yayılmışdı. Görünür, Rusiya mediası etirazı nəzərə alaraq, Paşinyanın Əliyevin qarşısında əyildiyini əks etdirən fotoları silib. Hərçənd, həmin fotolarda əks olunan regionun reallığı dəyişməz olaraq qalır. /publika.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta