AZ

Haaland “Arsenal”ın futbolçusu ilə mübahisəsindən danışdı

“Mançester Siti”nin futbolçusu Erlinq Haaland Premyer Liqanın V turunun “Arsenal”la oyununda (2:2) rəqib müdafiəçi Qabriel ilə yaşadığı mübahisəni şərh edib.

Futbolpress.az xəbər verir ki, norveçli hücumçu “The Guardian”a açıqlamasında bunları deyib:

“Həyatda peşman olduğum şeylər azdır. Həmin anda emosiyalı idik və bunlar oldu. Ümumiyyətlə, futbol emosiyalar oyunudur və olanlar meydanda qalır”.

Haaland komandasının bərabərlik qolundan sonra topu arxası ona tərəf olan Qabrielə vurub və bundan sonra tərəflər arasında mübahisə yaranıb.

Seçilən
7
futbolpress.az

1Mənbələr