AZ

“Yuventus” Poqba ilə müqaviləni pozacaq

Turin “Yuventus”unun baş meneceri Mauritsio Skanavino antidopinq qaydalarını pozduğuna görə (yüksək testosteron səviyyəsi) diskvalifikasiya edilən fransalı yarımmüdafiəçi Pol Poqbanın İtaliya klubunu tərk edəcəyini təsdiqləyib. Vətəninfo.az xəbər verir ki, tərəflər müqavilənin ləğvi ilə bağlı danışıqlar aparır.

“Paul Poqba ilə danışıqlar apardığımızı təsdiq edə bilərəm. Artıq müqavilənin ləğvi ilə bağlı qərar var, şərtlərlə bağlı razılığa gəlmək qalır.

Poqba “Yuventus”dan ayrılaraq azad agent olacaq”, – Skanavino sözlərini Goal.com sitat gətirir.

Poqbanın cəzası 4 ildən 18 aya endirilib. Artıq yanvar ayında 31 yaşlı futbolçu məşqlərini bərpa edə və martda rəsmi oyunlarda iştirak edə bilər.

Seçilən
2
1
veteninfo.az

2Mənbələr