Yazını böyüt
Yazını kiçilt
Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyi tərəfindən (AYNA) paytaxtın bir çox yerlərində avtomobilləri saxlamaq üçün yeni və müasir parklanma məntəqələri salınır.
Bu barədə hafta.az quruma istinadən xəbər verir.
Qeyd edilib ki, Alı Mustafayev küçəsində 17 yerlik parklanma məntəqəsinin təşkili üçün nişanlanma işləri görülüb. Bundan başqa, Mərdanov qardaşları küçəsində 1 məntəqədə yol nişanı quraşdırılaraq ödənişli parklanma tətbiq edilib. Əlavə olaraq, Mərdanov qardaşları, Yusif Məmmədəliyev və Alı Mustafayev küçələrində mövcud parklanma məntəqələrində 5 ədəd məlumat lövhəsi yol nişanı quraşdırılıb.
Paytaxtın Mikayıl Müşfiq küçəsində isə 2 ədəd “Dayanma və durma qadağandır” yol nişanı quraşdırılıb.