AZ

İqbal Ağazadəni Prezident Administrasiyasına ÇAĞIRDILAR

Ümid Partiyasının sədri İqbal Ağazadə Prezident Administrasiyasına dəvət olunub.

Modern.az xəbər verir ki, bu barədə onun özü bildirib.

“Bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə görüşüm oldu”, - İ.Ağazadə deyib.

Onun sözlərinə görə, görüşdə ictimai-siyasi vəziyyət, gələcək əlaqələr və münasibətlər, son parlament seçkiləri, gözlənilən bələdiyyə seçkiləri müzakirə edilib, bundan sonra da qarşılıqlı əlaqələrin və dialoqun davam etdirilməsi vurğulanıb.

Seçilən
12
4
modern.az

6Mənbələr