AZ

Rusiya XİN ABŞ ilə danışıqların mümkünsüzlüyünü açıqlayıb

“Hazırda Vaşinqtonun düşmənçilik siyasəti ucbatından Rusiya ilə ABŞ arasında strateji sabitliyə dair danışıqlar üçün heç bir əsas yoxdur”.

KONKRET.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

XİN rəsmisi qeyd edib ki, ABŞ-nin düşmən, anti-Rusiya siyasi xəttini nəzərə alaraq hazırda danışıqlar üçün perspektiv yoxdur.

Diplomat vurğulayıb ki, ABŞ nüvə sınaqlarını bərpa etsə, Rusiya da eyni şəkildə tez cavab verəcək.

Bundan əvvəl Ryabkov ABŞ-la silahlı toqquşma ehtimalını dəyərləndirmişdi. O əlavə etmişdi ki, Rusiya Federasiyası ilə ABŞ arasında silahlı toqquşma təhlükəsi Vaşinqtonun addımlarından asılıdır.

Məlik,

KONKRET.az

Seçilən
15
konkret.az

1Mənbələr