AZ

“Sabah” Belçika klubuna məğlub oldu

"Sabah" basketbol klubu FIBA Avropa Kubokunda qrup mərhələsində ilk oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan çempionu G qrupundakı ilk görüşündə Belçikanın "Spiru" klubunun qonağı olub.

Belçikadakı görüş "Sabah"ın 81:82 hesablı məğlubiyyəti ilə başa çatıb.

Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv növbəti matçını oktyabrın 16-da Yunanıstanın "Marussi" klubuna qarşı keçirəcək.

Bizim.Media

Seçilən
6
4
bizim.media

5Mənbələr