AZ

Rəşad Nəbiyev: Azərbaycanda universitetlərin 70 faizində süni intellekt tədris olunacaq

Biz süni intellekt strategiyası hazırlamışıq. Növbəti üç il ərzində bu istiqamətdə 50 faiz artım planlaşdırmışıq. Universitetlərin 70 faizində süni intellekt tədris olunacaq.

Demokrat.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "PAŞA Holding"in təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində deyib.

O, bildirib ki, böyük universitetlərdən birində tamamilə süni intellekt əsaslı innovasiya mərkəzinin yaradılmasını hədəflənib.

"Hazırda bu sahədə kifayət qədər perspektivli inkişaf müşahidə olunur", - nazir qeyd edib.

Seçilən
14
demokrat.az

1Mənbələr