AZ

Türkiyədən mühüm addım: “Orta Asiya” silindi

Türkiyənin Milli Təhsil Nazirliyi (MEB) 2024-2025-ci tədris ili üçün tarix dərsliyində köklü dəyişiklik edib. Dəyişikliyə əsasən, bundan sonra “Orta Asiya” əvəzinə “Türküstan” ifadəsi işlədiləcək.

Kult.az xəbər verir ki, türkiyəli professor Əhməd Tasagil və dosent Ramin Sadıq Təhsil Nazirliyinin bu qərarını yüksək dəyərləndiriblər.

Əhməd Tasagil rusların işğalı nəticəsində “Türküstan” əvəzinə “Orta Asiya” anlayışının istifadə olunmağa başladığını belə izah edib:

“Türklərin yurdu mənasını verən “Türküstan” sözü tarixin ən erkən dövrlərindən işlənməyə başlayıb. 19-cu əsrin ikinci yarısında başa çatan rus işğalı nəticəsində “Orta Asiya” anlayışı formalaşıb və geniş yayılıb".

Seçilən
16
axar.az

1Mənbələr