AZ

“Sabah”ın basketbolçusu Avropa Kubokunun tarixinə düşdü

“Sabah”ın basketbolçusu Deandre Uilyams "Spiru" (Belçika) ilə matçda FIBA Avropa Kubokunun tarixinə düşüb.

Sportnet.az xəbər verir ki, o, turnirin tarixində bir oyun ərzində 39 xal toplamaqla parketdə 76 faiz dəqiqlik nümayiş etdirən dördüncü oyunçu olub.

Basketbolçu statistik göstəricilərə əsasən parketdə 43 effektivliyi ilə seçilib.

Deandre Uilyams bu göstərici ilə Avropa Kubokunda ilk həftənin ən yaxşı oyunçusu adına namizədlərin siyahısına düşüb.


Seçilən
4
4
sportnet.az

8Mənbələr