AZ

Rusiyada Yak-130 təlim təyyarəsi qəzaya uğrayıb

Bu gün Rusiya Hava-Kosmik Qüvvələrinə məxsus Yak-130 hərbi təlim təyyarəsi Volqoqrad vilayətində qəzaya uğrayıb.

“Poliqon” Rusiya mediasına istinadən xəbər verib ki, pilot zərbədən əvvəl katapult etməyi bacarıb.

Təyyarə Elista şəhərindən təxminən 40 kilometr aralıda, Kalmıkiyada yerə düşüb. Uğurla katapult edən pilot xəsarət alıb və helikopterlə Volqoqraddakı xəstəxanaya aparılıb.

Qəza, Volqoqrad vilayət prokurorluğunun təsdiq etdiyi kimi, təlim uçuşu zamanı baş verib. Müstəntiqlər hadisənin səbəbini müəyyən etməyə çalışırlar, ilkin məlumatlara görə qəzaya səbəb texniki nasazlıq olub.

Seçilən
17
poliqon.az

1Mənbələr