AZ

Ən yaşlı Kennedi dünyasını dəyişdi


ABŞ senatoru və baş prokuroru Robert Kennedinin yoldaşı, Kennedi ailəsinin yaşayan ən yaşlı üzvü Etel Kennedi 97 yaşında vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun nəvəsi III Co Kennedi sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, o, keçən həftə insult keçirdikdən sonra ağırlaşmalar nəticəsində səhər saatlarında dünyasını dəyişib.
Qeyd edilir ki, Etel Kennedi ictimai xadim olub və insan hüquqlarının müdafiəsini fəal şəkildə müdafiə edib. Onun doqquz övladı, 34 nəvəsi və 24 nəticəsi var. O, prezident Con Kennedinin gəlini, Robert Kennedinin yoldaşı olub və bu yaxınlarda prezidentlik kampaniyasını başa vuraraq Donald Trampı dəstəkləyən kiçik Robert Kennedinin anasıdır.
Seçilən
15
yeniavaz.com

1Mənbələr