ABŞ üçün prioritet Ukrayna və Rusiya arasında danışıqlar üçün şərtlər yaranana qədər Kiyevi lazımi silahlarla təmin etmək olaraq qalır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
“Diplomatik həll yolu Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir”, - Müdafiə Nazirliyi bildirib.
Pentaqon münaqişə həll olunana qədər Kiyevə dəstək verməyi zəruri hesab etdiklərini vurğulayıb. Həmçinin bildirib ki, Rusiya və Ukrayna arasında məhsuldar danışıqlar üçün artıq heç bir şərait yoxdur.