AZ

"Mənim sözlərimdən sonra Ronaldu kuboklarının siyahısını göndərdi"

Keçmiş futbolçu Antonio Kassano portuqaliyalı ulduz Kriştianu Ronaldu ilə mesajlaşmasından danışıb. 

Fanat.Az xəbər verir ki, Kassano "Il Messaggio"-ya açıqlamasında belə deyib: 

“Bir dəfə açıqlamamda Kriştianu Ronaldunun ilk on ən yaxşı futbolçum arasında olmadığını demişdim. Bundan sonra +34 ilə başlayan nömrədən mesaj aldım. Qazandığı bütün kubokları sadalayan Ronaldu idi. O, kuboklarının siyahısına, ona hörmətsizlik etdiyimi bildirən səsli mesaj da əlavə etdi”. 

Qeyd edək ki, italiyalı veteran futbolçu hazırda “Əl-Nəsr”də çıxış edən Kriştianu Ronaldunun böyüklüyünü tez-tez şübhə altına alan açıqlamaları ilə diqqət çəkir.

Mirağa

Seçilən
4
fanat.az

1Mənbələr