AZ

"Liverpul"dan türk futbolçu üçün 80 milyon avro tələb edirlər

"Benfika"nın futbolçusu Orkun Kökçü karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Liverpul" türk yarımmüdafiəçini transfer etməyi planlaşdırır. Bu barədə "Rekord" nəşri məlumat yayıb.

İngiltərə klubunun baş məşqçisi "Feyenoord"da onun rəhbərliyi altında oynamış Orkunu komandasında görmək istəyir. "Benfika" 23 yaşlı futbolçu üçün 80 milyon avro tələb edir.

Qeyd edək ki, "Benfika" Orkun Kökçünü 2023-cü ilin yayında "Feyenoord"dan 25+5 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
18
sportal.az

1Mənbələr