AZ

Gələn həftə NATO nüvə təlimlərinə başlayacaq

Oktyabrın 14-də NATO 60-dan çox təyyarənin iştirakı ilə illik “Steadfast Noon” nüvə təliminə başlayır.

Bu barədə NATO-nun baş katibi Mark Rutte oktyabrın 10-da Londona səfəri zamanı media brifinqində bildirib. “Təlimdə Böyük Britaniya, Şimal dənizi, həmçinin Belçika və Hollandiya xüsusi diqqət mərkəzində olacaq. Qeyri-müəyyən bir dünyada düşmənlərimizin NATO-nun istənilən təhlükəyə cavab verməyə hazır və qadir olduğunu bilməsi üçün müdafiəmizi sınaqdan keçirməyimiz və gücləndirməyimiz çox vacibdir”, Rutte bildirib.

“Stadfast Noon” məşqi təxminən iki həftə davam edəcək, – “Associated Press” yazır. Onlara Belçika və Hollandiya rəhbərlik edəcək və tədbirə səkkiz hərbi baza və 2 min hərbçi cəlb olunacaq.

//Samir Qurbanov, Editor.az

Seçilən
31
editor.az

1Mənbələr