AZ

“Sabah”ın legioneri MVP-yə namizəd oldu

FİBA Avropa kubokunda I turun MVP-si adına namizədlər bəlli olub.

“Football-plus.az” xəbər verir ki, FİBA turun ən yaxşısı adına 5 iddiaçını müəyyənləşdirib.

Onların arasında “Sabah”ın legioneri Deandre Bolduin də var. “Spirou” ilə Belçikadakı görüşdə 39 xal yığan amerikalı “beşliy”ə layiq görülüb. Ən yaxşı azarkeşlər arasında səsvermə ilə bəlli olacaq. Onun rəqibləri Ceriah Horn (“Alba Fehervar”), İsmael Sanoqo (“Marussi”), Coş Haqins (“Keravnos”) və Trey Bell-Haynesdir (“Saraqosa”).

Qeyd edək ki, “Sabah” Şarleruadakı matçda 81:82 hesabı ilə uduzub.

Seçilən
16
1
football-plus.az

2Mənbələr