AZ

Qazaxda 18 tələbə qidadan zəhərləndi -

10.10.2024-cü il tarixində saat 19:00-dan başlayaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 18 nəfər (7 kişi, 11 qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə müraciət edib.Metbuat.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.Bildirilir ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

"16 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 2 nəfərin müalicəsi Təcili tibbi yardım bölməsində davam etdirilir, vəziyyətləri orta ağır olaraq qiymətləndirilir", - məlumatda qeyd olunub.

Seçilən
0
8
metbuat.az

10Mənbələr