AZ

"Rabitəbank" açıq tender elan edir

(®) Tenderin adı: “Rabitəbank” ASC tərəfindən “İT infrastrukturunun, İnternet və Mobil Bank tətbiqlərinin nüfuzetmə testlərinin keçirilməsi”  xidmətinin satın alınması

Tenderin elan tarixi: 11.10.2024

Tenderin son tarixi: 21.10.2024, saat 13:00.

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:

- İştirakçı şirkətin bu sahədə təcrübəsi və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

- Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli (Lisenziyanı təqdim edə bilməsi haqqında məlumat, portfolio və s.),

- Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri – Lazım olduğu təqdirdə istək olunacaq,

- Qiymət təklifi (Azərbaycan manatı və ƏDV ilə qeyd olunmalı),

- Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)- Lazım olduğu təqdirdə istək olunacaq,

- Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd – Lazım olduğu təqdirdə istək olunacaq.

Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş  halda qapalı zərfdə (Bakı şəh., AZ 1010, 28 May küç. 33) ünvanına  göndərilməlidir.

Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər [email protected] elektron ünvanına və ya +99450 270 72 20 nömrəsinə müraciət edə bilərlər.

Seçilən
68
6
marja.az

10Mənbələr